12 Avqust-Beynəlxalq Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə hazırladığı qrafik üzrə növbəti tədbir gənclər arasında “Nə? Harada? Nə zaman?” İntelelktual Oyunu olub. Gənclər Mərkəzində reallaşan oyunda 9 komanda birincilik uğrunda mübarizə aparıb. Oyun iki mərhələ üzrə keçirilib və hər mərhələdə 12 sual olmaqla ümumilikdə 24 sual səsləndirilib. Oyunun yekununa əsasən “Paradoks” komandası rəqiblərini üstələyərək yarışın qalibi adını qazanıb. “Turan” və “Elpis” komandaları II, III yerləri bölüşüblər. Qalib komanda üzvlərinə təşkilatçıların diplom, fəxri fərman və qiymətli hədiyyələri təqdim olunub.